Avropa Liqasının (AL) yarımfinal mərhələsində "Ayntraxt"ı penaltilər seriyası ilə məğlub edən "çelsi" turnirin tarixinə düşüb. Matc.az saytının məlumatına görə, "zadəganlar" ardıcıl 17-ci oyundu ki, AL-də məğlubiyyət üzü görmür.

London təmsilçisi son 17 qarşılaşmanın 14-də qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib. "çelsi" Avroliqada bu göstəriciyə imza atan ilk klub olub.

Qeyd edək ki, "çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda "Arsenal"la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest