"Bu məsələdə UEFA və "Arsenal"ın istəyi ilə AFFA təsdiqləyib ki, oyunçunun ölkəyə girişi və orda olması ilə bağlı problem yaşanmayacaq, müvafiq təhlükəsizlik tədbirləri görüləcək"
"Arsenal"ın ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final görüşündə iştirakı ilə bağlı UEFA mövqeyini açıqlayıb. Matc.az xəbər verir ki, qurumun mətbuat xidmətindən TASS agentliyinə verilən məlumata görə, yarımmüdafiəçi həlledici qarşılaşmada iştirakla bağlı problem yaşamayacaq.
Qurum Mxitaryanın mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda iştirak edə biləcəyini vurğulayıb: "Futbolçuların UEFA bayrağı altında keçirilən yarışlar zamanı başqa ölkələrə getməsi üçün viza almasına görə assosiasiyalar, klublar və səfirliklər arasında yazışmalar təşkilat üçün standart prosedurdu. Bu məsələdə UEFA və "Arsenal"ın istəyi ilə AFFA təsdiqləyib ki, oyunçunun ölkəyə girişi və orda olması ilə bağlı problem yaşanmayacaq, müvafiq təhlükəsizlik tədbirləri görüləcək".
Qeyd edək ki, Avropa Liqasının finalında "Arsenal" "çelsi" ilə qarşılaşacaq.