"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür.

O, həlledici görüşün Bakıya verilməsinə görə, UEFA-nı günahlandırıb: "Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidi. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdi. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdı".

Klopp Bakı ilə çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdu. Belə qərarlar daha şüurlu verilməlidi. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiz. Bu ağlasığmazdı. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "çelsi" arasında keçiriləcək. Kloppun rəhbərlik etdiyi "Liverpul" isə "Vanda Metropolitano"da çempionlar Liqasının final görüşündə "Tottenhem"lə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest