29 Noyabr 2024, 12:19
FUTBOL
“Barselona” yarımmüdafiəçisi Pedri ilə yeni müqavilədə razılığa gəlib. Matc.az xəbər verir ki, tərəflər arasında danışıqlarda ciddi irəliləyiş əldə olunub.
22 yaşlı pleymeykerin hazırkı sözləşməsi 2027-ci ilə qədərdi. Yeni anlaşmanın müddəti isı 2029 deyil, 2030 və ya 2031-ci ilə qədər olacaq. Kataloniyalılar doğma yetirmələrinin maaşında da ciddi şəkildə artım edəcək.
Qeyd edək ki, Pedri bu mövsüm La Liqada 14 oyuna çıxıb, 3 qol vurub.