01 Dekabr 2024, 19:28
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.
Matc.az xəbər verir ki, komanda 14-cü turda öz meydanında "Düsseldorf"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə başa çatıb.
Mahir start heyətdə yer alıb və 74-cü dəqiqədə Lukas Şlaymerlə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" turnir cədvəlində 19 xalla 12-ci, "Düsseldorf" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.