“Havr”ın 6 yaşlı azarkeşi “Reyms”lə oyunda yol verdiyi hərəkətə görə bir neçə ay komandanın ev oyunlarına girməkdən məhrum edilib. Matc.az xəbər verir ki, o, Fransa çempionatının 11-ci tur görüşündə tribunadan kağız fincanlar və əzilmiş kağız parçaları atıb.

O, bunu dostuna qarşı etsə də, kağız parçaları meydançadakı reklam lövhələrinin arxasına düşüb. Həmin qadağa yeniyetməni müşayiət edən şəxsə də şamil edilib. Valideynləri qərarla bağlı məktubla xəbərdar ediliblər.

Qeyd edək ki, “Havre” – “Reyms” oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest