Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPRO) 2024-cü ilin simvolik komandasına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda ümumilikdə 26 futbolçu yer alıb. Namizədlər oyunçuların səsverməsi ilə müəyyən edilib.

Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPRO) 2024-cü ilin simvolik komandasına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda ümumilikdə 26 futbolçu yer alıb.

Namizədlər oyunçuların səsverməsi ilə müəyyən edilib. Onların arasında “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə yanaşı, “Əl-Nəsr”in portuqaliyalı qolçusu Kriştiano Ronaldo da var.

İlin komandasına düşmək üçün namizədlər:

Qapıçılar: Ederson (“Mançester Siti”), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”);

Müdafiəçilər: Daniel Karvahal, Antonio Rüdiger (hər ikisi “Real”), Ruben Diaş, Kayl Uoker (hər ikisi “Mançester Siti”), Vircil van Deyk (“Liverpul”), Ceremi Frimponq (“Bayer”), Uilyam Saliba (“Arsenal”);

Yarımmüdafiəçilər: Cud Bellinqem, Toni Kroos, Luka Modriç, Federiko Valverde (hamısı “Real”), Fil Foden, Rodri (hər ikisi “Mançester Siti”), Camal Musiala (“Bavariya”);

Hücumçular: Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Kilian Mbappe, Vinisius Junior (hər ikisi “Real”), Lionel Messi (“İnter Mayami”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Koul Palmer (“Çelsi”), Lamin Yamal (“Barselona”).

2024-cü il rəmzi komandası dekabrın 9-da açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest