04 Dekabr 2024, 09:35
FUTBOL
Türkiyənin “Ümraniyespor” klubunun baş məşqçisi Tuncay Şanlı istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə I liqa təmsilçisi məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Buna səbəb komandanın cari mövsüm istənilən nəticələri əldə edə bilməməsidi. “Ümraniyespor” hazırda 19 xalla 11-ci pillədə qərarlaşır.
Qeyd edək ki, Tuncay Şanlı bu ilin yayında “Ümraniyespor”a baş məşqçi təyin olunub. O, daha əvvəl “Sakaryaspor”u çalışdırıb.