"Qarabağ" Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır. Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər".
Matc.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, bu gün "Qarabağ"a qarşı keçirilən və 0:2 hesabı ilə uduzduqları Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışarkən klubun saytına deyib:
"Mən oyunçularıma təşəkkürümü bildirir, onlara “çox sağ ol” deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var".
Sxadadze "Qarabağ" haqda danışarkən həmçinin bildirib: "Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dır, bu da normaldır. Onlar Avropada, biz isə 1-ci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm".