Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq. Yeni formatda ilk dəfə baş tutacaq yarışın ikinci mərhələsinin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest