"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 17-ci turunda "Jirona" ilə oyunda (3:0) mövsümdə ilk qolunu vuran türkiyəli futbolçusu Arda Güler haqda danışıb.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçrilən mətbuat konfransında qeyd edib ki, Ardanın üzərində təzyiq var. O, bu qolun gənc futbolçuya kömək olacağını deyib:

"Arda çox çalışqan oyunçudur. Bu görüşdə də çox çalışdı. İlk hissədə oyunu alınmadı, amma ikinci hissədə fantastik qol vurdu. İlk növbədə onun əməyini qeyd etmək istəyirəm. Qol onun üzərindəki təzyiqin bir hissəsini götürəcək. Gülər ​​çox təzyiq altında olan gənc futbolçudur”.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi bu mövsüm "Real"da ümumilikdə 16 oyun keçirib və 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest