A.Əhmədzadə sosial şəbəkə səhifələrinin birinə xəbərin yalan olduğuna dair şərh yazıb.

Tanınmış iş adamı Adnan Əhmədzadə Azərbaycanda klub alacağı haqda yayılmış xəbərlərə aydınlıq gətirib. Matc.az xəbər verir ki, o, I Liqa təmsilçisi “Mingəçevir”i himayəsinə götürəcəyi haqda məlumatları təkzib edib.
 
Ulduz futbolçular Lionel Messi və Ronaldinyo ilə yaxın dost olan A.Əhmədzadə sosial şəbəkə səhifələrinin birinə xəbərin yalan olduğuna dair şərh yazıb.
 
O, “Fake News - Düzgün məlumat deyil” şərhini yazmaqla “Mingəçevir”i himayəsinə götürmək fikrində olmadığını bildirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest