Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura start verilib.
Matc.az xəbər verir ki, birinci oyun günündə 9 qarşılaşma baş tutub.
Günün maraq doğuran görüşlərində "Real" səfərdə "Atalanta"nın qonağı olub. Madird klubu 5 qollu oyunda qələbə qazanıb.
"Bayer" isə "İnter"i qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə yekunlaşıb.
Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
10 dekabr
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Seltik" (Şotlandiya) - 0:0
"Jirona" (İspaniya) – "Liverpul" (İngiltərə) - 0:1
"Atalanta" (İtaliya) – "Real" (İspaniya) - 2:3
"Bayer" (Almaniya) – "İnter" (İtaliya) - 1:0
"Brest" (Fransa) – PSV (Niderland) - 1:0
"Brügge" (Belçika) – "Sportinq" (Portuqaliya) - 2:1
"Leyptsiq" (Almaniya) - "Aston Villa" (İngiltərə) - 2:3
"Zalsburq" (Avstriya) – PSJ (Fransa) - 0:3
"Şaxtyor" (Ukrayna) – "Bavariya" (Almaniya) - 1:5