10 Dekabr 2024, 19:00
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo İspaniya La Liqasında oynamaq üçün qeydiyyatdan keçirə bilmədiyi təqdirdə klubunu təzminatsız tərk etmək hüququna malikdir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, müvafiq bənd ispan futbolçunun 2030-cu ilə qədər qüvvədə olan müqaviləsində qeyd olunub.
Hazırda Olmo 2024-cü ilin sonuna kimi qeydiyyatdan keçib. Ötən yay yarımmüdafiəçinin yalnız bu ilin sonuna qədər La Liqada qeydiyyatdan keçəcəyini bilərək "Barselona"ya keçməyə razılıq verdiyi vurğulanır. Ancaq eyni zamanda, növbəti qeydiyyat baş vermədiyi təqdirdə müqaviləsinə klubu təkr etmək hüququ ilə bağlı şərt də əlavə edilib.