Misli Premyer Liqasının XVI turunda “Zirə” ilə keçirilən oyunda zədələnən “Kəpəz”in hücumçusu Lira Paçunun durumu müəyyənləşib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu MRT müayinəsindən keçirilib.

28 yaşlı forvardda ciddi xəsarət aşkarlanmayıb. Yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. O, sabahdan kollektiv məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Kəpəz” doğma meydanında “Zirə”yə 0:4 hesabı ilə məğlub olub. Paçu həmin görüşün 15-ci dəqiqəsində zədələnərək əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest