"Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Ancaq siyasi məsələ olduğundan, bunun necə mümkün olacağını deyə bilmərəm. Bu mənim əlimdə deyil və vəziyyəti tam başa düşmürəm".

"Bu, siyasi məsələdi və mən, həqiqətən də, həllini bilmirəm. Biz onunla oynamaq istəyirik. Henrik "Bernli" ilə qarşılaşmada yaxşı çıxış etdi". Matc.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda "çelsi" ilə keçiriləcək final qarşılaşmasında iştirak etməsini istəyir: "Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Ancaq siyasi məsələ olduğundan, bunun necə mümkün olacağını deyə bilmərəm. Bu mənim əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadı. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".

48 yaşlı çalışdırıcı final görüşünün ölkəmizdə təşkilini müsbət qarşılamadığını da əlavə edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Belədə iki ingilis klubunun daha çox azarkeşi olardı".

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "çelsi" arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest