2019-20 mövsümündə Azərbaycanı Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək "Neftçi" və "Səbail"in püşkatma zamanı hansı səbətdə yer alacağı bəlli olub. Matc.az saytının məlumatına görə, komandalarımız güclülərin sırasında olacaq.

Belə ki, 3,800 reytinqə malik olan hər iki klub səpələnmişlər səbətində qərarlaşacaq. I təsnifat mərhələsində mübarizə aparacaq 94 komandadan hələlik 50-sinin iştirakı dəqiqdi. Onlardan 24-ü səpələnmiş, 22-si səpələnməmişlərdə olacaqsa, 4 klubun durumu qeyri-müəyyəndi.

Səpələnmişlər: "Malmö", "Norçepinq" (hər ikisi İsveç), "Molde", "Brann", "Hoqesun" (hamısı Norveç), "Vidi" (Macarıstan), "Dinamo", "Vitebsk", "Şaxtyor" (hamısı Belarus), "Spartak" (Slovakiya), "Jalgiris" (Litva), "Reyncers" (Şotlandiya), "Kayrat" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Kruzaders" (Şimali İrlandiya), "Ventspils" (Latviya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Vaduts" (Lixtenşteyn), "Tobol", "Ordabası" (hər ikisi Qazaxıstan), "Neftçi", "Səbail" (hər ikisi Azərbaycan), "Kork Siti" (İrlandiya)

Səpələnməmişlər: "Dunayska Ştreda" (Slovakiya), "çixura", "Torpedo" (hər ikisi Gürcüstan), B-36 (Farer adaları), "Milsami", "Petrokub" (hər ikisi Moldova), "Liepaya", "Riqa" (hər ikisi Latviya), "Trans", "Flora" (hər ikisi Estoniya), "Qzira", "Hibernian" (hər ikisi Malta), "Reykyavik", "Breydablik" (hər ikisi İslandiya), "Şemrok Rovers", "Sent-Patriks" (hər ikisi İrlandiya), "Şiroki Briyeq" (Bosniya və Herseqovina), "Konnak" (Uels), "Kuopio", "Rovaniemi", "İnter" (hamısı Finlandiya), "Ştumbras" (Litva)

Qeyri-müəyyənlər: "Dinamo" (Gürcüstan), "Jelezniçar" (Bosniya və Herseqovina), "Trakai" (Litva), "Levadiya" (Estoniya).

Qeyd edək ki, Avropa Liqasındakı üçüncü təmsilçimiz (Azərbaycan kubokunun qalibi) II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest