Bakıda keçiriləcək Avropa Liqasının final oyununun hakimləri müəyyənləşib. Matc.az saytı xəbər verir ki UEFA "Arsenal"la "çelsi" arasında baş tutacaq qarşılaşmanı italiyalı hakimlər briqadasına tapşırıb.

Oyunda Canluka Rokki ədaləti qoruyacaq. Ona yan xətt hakimləri Filippo Meli və Lorentso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını Daniele Orsato yerinə yetirəcək.

Finalda əsas video-köməkçi hakim (VAR) Massimiliano İrrati olacaq. Ona həmyerlisi Marko Quida və polşalı Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundankənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

 Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest