"Qəbələ" Topaz Premyer Liqasının IX turunun hazırlığına start verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, VIII turun oktyabrın 20-də "Neftçi"yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar" Bakıda bir araya gəlib.

Bu gün paytaxtda toplaşan komanda "Sumqayıt"la oktyabrın 27-də keçiriləcək görüşün hazırlığına başlayıb. "Qəbələ"nin bugünkü məşq prosesi "Bakı" FK-nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, IX turun oktyabrın 27-də keçiriləcək "Sumqayıt" – "Qəbələ" matçı "Dalğa Arena"da baş tutacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest