13 Yanvar 2025, 00:14
FUTBOL
"Mançester Yunayted" İngiltərə Kubokunun üçüncü mərhələsində "Arsenal"ı penaltilər seriyasında məğlub edib.
Matc.az xəbər verir ki, qarşılaşma Londonda baş tutub.
61-ci dəqiqədə qonaqların müdafiəçisi Dioqo Dalot ikinci sarı vərəqə alaraq meydandan qovulub. Əsas vaxt və iki əlavə hissə 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində Qabriel (63-cü dəqiqə), "Mançester Yunayted"in heyətində Bruno Fernandes (52) fərqlənib.
Penaltilər seriyasında "Mançester"in futbolçuları daha dəqiq olub - 5:3.
Qeyd edək ki, "Mançester Yunayted"in 4-cü turdakı rəqibi keçiriləcək püşkatma ilə müəyyənləşəcək.