Məşqçilərin reytinq siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda yalnız bir azərbaycanlı mütəxəssis yer alıb.

Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla planetin 511-ci çalışdırıcısıdı. Son bir həftədə 196 xal itirən 46 yaşlı mütəxəssis 463-cü pillədən 48 addım geriləyib.

"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin də siyahıda yer alıb. Qurbanovu 1 xal qabaqlayan apenninli mütəxəssis ondan 1 addım öndədir. Lakin 882 xalla 510-cu olan Bordin də geriləyib. O, ötən həftə ilə müqayisədə 33 xal itirib və 32 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 14 min 347 xala malik Ernesto Valverde başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest