PSJ daha bir hücumçu transferinə hazırlaşır. Matc.az xəbər verir ki, Fransa klubu “Aston Villa”nın forvardı Con Duranı transfer etmək üçün danışıqlar aparır.

Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçusunun keçidindən 70 milyon avroluq gəlir əldə etməyi planlaşdırır. Bu səbəbdən danışıqlar ləng gedir. İstənilən halda Duran PSJ-nin əsas transfer hədəfi olaraq qalır.

Con Duran 2023-cü ilin yanvarında 16,6 milyon avroya “Çikaqo Fayr”dan “Aston Villa”ya keçib. Onun Birmingem klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdi. Forvard bu mövsüm bütün turnirlərdə keçirdiyi 27 oyunda 12 qol vurub.

Qeyd edək ki, PSJ qış fasiləsində “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliyanı heyətinə cəlb edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest