21 Yanvar 2025, 10:58
FUTBOL
“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”ya keçməyə yaxındı. Matc.az xəbər verir ki, tərəflər arasında danışıqlar yekun mərhələdədi.
Premyer Liqa klubu 27 yaşlı futbolçusunu mövsümün sonuna kimi icarəyə verməyə razılaşıb. İspanlar Erik Qarsiyanın “Jirona”ya keçidindən sonra Reşfordu La Liqanın qeydiyyatından keçirə biləcəklər.
Qeyd edək ki, Markus Reşford baş məşqçi Ruben Amorimlə yola getmədiyi üçün “Mançester Yunayted”in iştirak ərizəsinə salınmayıb.