"İlk dəfədi Bostonda oluram. ABŞ-a gəldiyimiz üçün şadam. Bu oyunu səbirsizliklə gözləyirdik. çünki bu, antisemitizm və hər cür ayrı-seçkiliklə mübarizədə böyük hadisədi". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin kapitanı Sezar Aspilikueta deyib.

İngiltərə Premyer Liqasında mövsüm başa çatdıqdan dərhal sonra ABŞ-a yollanan "zadəganlar" yerli "New England Revolution" komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Oyunöncəsi mətbuat konfransı keçirən İspaniya millisinin üzvü Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması barədə də fikir bildirib. 30 yaşlı müdafiəçi bunu özləri üçün mövsümün oyunu hesab edir: "Bakıda keçiriləcək mövsümün ən vacib oyununa az vaxt qalıb. Kollektivdə yaxşı ab-hava hökm sürür. Həlledici matça isə 2 həftə var. Həmin vaxta qədər formada qalmaq və ab-havanı qorumaq istəyirik".

Qeyd edək ki, "çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda "Arsenal"la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest