22 Yanvar 2025, 02:26
FUTBOL
"Heydenhaym"ın müdafiəçi yarımmüdafiəçisi Lennard Maloney karyerasını "Maynts"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, transfer qiyməti cəmi 500 min avro olub, futbolçunun bazar dəyəri isə 10 dəfə bahadır. Müqavilə 30 iyun 2028-ci il tarixinədək bağlanıb.
Qeyd edək ki, Berlində doğulan 25 yaşlı amerikalı bu mövsüm "Heydenhaym"ın heyətində bütün yarışlarda 20 oyun keçirib, lakin fərqlənə bilməyib.