"Neftçi"nin qapıçısı Aqil Məmmədov nümunəvi jestlə yadda qalıb. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə qazandığı gümüş medalı "Neftçi"nin fiziki qüsurlu azarkeşinə hədiyyə edib. "Qarabağ"la son tur matçının ardından çempion komanda ilə yanaşı, gümüş və bürünc mükafatçılar da medallarına qovuşublar. Əksər futbolçular bunun sevincini qeyd etdiyi bir vaxtda Aqil meydanın kənarında dayanan "Neftçi"nin fiziki qüsurlu azarkeşinə yaxınlaşaraq, gümüş medalı onun boynundan asıb.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest