"Mançester Yunayted"in keçmiş qapıçısı Devid Qaskell 84 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Qaskell "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu olub. O, komandada ilk debütünü 24 oktyabr 1956-cı ildə, 16 yaş 19 gün olarkən, "Mançester Siti" ilə İngiltərə Superkuboku oyununda edib. Oyuna ehtiyat heyətdə başlayan Qaskell zədəli qapıçı Rey Vudu əvəzləyərək komandasına 1:0 hesablı qələbə və kuboku təmin etmək üçün qapısını toxunulmaz saxlayıb.

İngilis qapıçı 1968-ci ilə qədər "Mançester Yunayted"də oynayıb, eyni zamanda ikiqat İngiltərə çempionu və İngiltərə Kubokunun qalibi olub. Qaskell daha sonra "Uiqan" və "Reksem" komandalarının da formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest