"Mançester Yunayted"in vingeri Markus Reşford, onunla maraqlanan "Barselona"ya qoşulmaq istəyir və bunun üçün maaşını azaltmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Daha əvvəl mətbuatda 27 yaşlı futbolçunun "qırmızı şeytanlar"da həftəlik maaşının 325 min funt sterlinq olduğu bildirilib.

Reşford maaşının bir hissəsindən imtina etməyə hazır olsa da, "transfer pəncərəsi"nin sonuna kimi futbolçulardan heç biri Kataloniya klubunu tərk etməsə, "Mançester Yunayted" ingilis hücumçunun maaşının yarısını ödəməli olacaq.

Bu şərtlərin hər ikisi yerinə yetirilərsə, "Barselona" Maliyyə feyr-pley qaydalarına əməl edə biləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest