"Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının final oyununa tam heyətlə gəlməyəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Times" nəşri yayıb.

Bildirilir ki, London klubu Bakı Olimpiya Stadionunda "çelsi" ilə baş tutacaq qarşılaşmaya ermənistanlı yarımmüdafiəçisi Henrik Mxitaryanı gətirməyəcək. Klub rəhbərliyi təhlükəsizlik məsələlərinə görə, bu qərarı qəbul edib.

"Topçular" düşünür ki, 30 yaşlı oyunçunun ölkəmizə gəlməsi ilə bağlı yaranacaq səs-küy həlledici görüş öncəsi komandaya mənfi təsir edə bilər. Halbuki UEFA ilə Azərbaycan tərəfi arasında aparılan danışıqdan sonra bu məsələ ilə bağlı ingilislərin xeyrinə qərar çıxmışdı.

Mxitaryan Dortmund "Borussiya"sında olarkən "Qəbələ"yə, "Arsenal"ın heyətində isə "Qarabağ"a qarşı Bakıda keçirilən oyunlara da gətirilməmişdi.

Qeyd edək ki, mayın 29-da keçiriləcək "Arsenal" - "çelsi" matçı saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest