23 Oktyabr 2018, 12:27
FUTBOL
Slovakiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, komandanı çexiya yığmasının və Almaniya "Bavariya"sının sabiq yarımmüdafiəçisi Pavel Qapal çalışdıracaq.
O, Millətlər Liqasındakı uğursuz çıxışa görə vəzifəsindən kənarlaşdırılan Yan Kozakı əvəzləyib.
Qapalla müqavilə AVRO-2020-nin seçmə mərhələsinin sonunadək nəzərdə tutulub. Yığma final mərhələsinə vəsiqə qazansa, anlaşma yarışın sonunadək uzadılacaq.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis milliyə qədər çexiya, Slovakiya, həmçinin Polşa klublarına rəhbərlik edib. O, 2008-09-cu illərdə çexiya millisində köməkçi məşqçi, 2015-18-ci illərdə Slovakiyanın gənclər yığmasında baş məşqçi olub.