17 yaşadək futbolçulardan ibarət Azərbaycan milisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə qoşulur. Matç.az saytı xəbər verir ki, yığmamız tarixində 25-ci dəfə məsul sınağın start xəttindədi.

Turnirdə indiyədək 24 dəfə iştirak edən komandamız ümumilikdə 82 oyun keçirib. Yubiley mövsümü ərəfəsində millinin hesabında 18 qələbə və 16 məğlubiyyət var.

35-ci dəfə meydandan xalla ayrılmağa çalışacaq komandamız Norveçlə bugünkü görüşədək 48 dəfə uduzub.

Yığmamız bu matçlarda rəqib qapısından 68 top keçirib. Rəqiblər isə 161 qola sevinib.

Norveçlə duel baş məşqçi Ramin Quliyevin U-17 ilə seçmə mərhələdə debütüdü. Ona qədər 17 çalışdırıcı yığmanı seçmə oynuna çıxarıb. Gənc məşqçi bu siyahıda 18-ci olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest