Topaz Premyer Liqasının VIII turunun "Qarabağ" – "Səbail" matçının nəticəsi ləğv olunub. Matç.az saytı xəbər verir ki, bununla bağlı rəsmi qərar AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən yığıncağında verilib.

Komitə üzvləri müzakirələrdən sonra adı protokolda olmayan futbolçunun – Abbas Hüseynovun qarşılaşmada iştirakına görə "Qarabağ"a 0:3 hesablı məğlubiyyət verilməsini qərara alıb. Bununla da görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin bu 3 xalı silinib və komanda ilk məğlubiyyətini alıb.

"Qarabağ" həm də 8000 manat cərimə olunub.

"Səbail" isə 3-cü pilləyə yüksəlib. Bu, komandanın mövsümdə ikinci belə qələbəsidi. Aftandil Hacıyevin yetirmələri "Zirə"ni 1:1 hesabının ləğvindən sonra texniki məğlubiyyətlə yenmişdi.

Qeyd edək ki, çempionatın əsasnaməsinə görə nəticəsi ləğv olunan matçdakı qollar silinir, vərəqələr isə hesaba alınır.

N:

Komandalar

O

Q

H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16-6

19

2

Qarabağ

7

5

1

1

13-7

16

3

Səbail

8

4

1

3

10-10

13

4

Sabah

8

4

1

3

6-8

13

5

Sumqayıt

8

3

1

4

8-9

10

6

Qəbələ

8

2

2

4

10-11

8

7

Keşlə

7

1

2

4

6-10

5

8

Zirə

8

1

1

6

6-14

4

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest