Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, ikinci oyun günündə daha dörd 1/8 finalçı müəyyənləşib.
Günün ən maraq doğuran qarşılaşması İspaniyada keçirilib. "Real" səfərdə məğlub etdiyi "Mançester Siti"ni qəbul edib. Madrid klubu Mbappenin het-triki ilə növbəti mərhələyə vəsiqəni təmin edib.
Fransa duelində PSJ "Brest"i 7 cavabsız qolla darmadağın edib. "Borussiya" "Sportinq"i, PSV isə "Yuventus"u mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 4-5 mart tarixlərində keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
"Borussiya" (D, Almaniya) – "Sportinq" (Portuqaliya) - 0:0
(İlk oyun – 3:0)
"Real" (İspaniya) – "Mançester Siti" (İngiltərə) - 3:1
Qollar: Mbappe, 4, 33, 61 // Qonzales, 90+2
(İlk oyun – 3:2)
PSJ (Fransa) – "Brest" (Fransa) - 7:0
Qollar: Barkola, 20, Kvaratsxeliya, 39, Vitinya, 59, Doue, 64, Mendes, 5, Ramos, 76, Mayulu, 86
(İlk oyun – 3:0)
PSV (Niderland) – "Yuventus" (İtaliya) - 3:1
Qollar: Perişiç, 53, Saybari, 74, Flaminqo, 98 // Veah, 63
(İlk oyun – 1:2)