İtaliyalı mütəxəssisə bu sayda qələbə qazanmaq üçün 214 matç lazım olub. Bu, turnir tarixinin ən yaxşı göstəricidir. Ançelottinin Çempionlar Liqasında 47 heç-heçə və 44 məğlubiyyəti var.

"Real" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda doğma meydanda "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında 123-cü qələbəsini qazanıb.

İtaliyalı mütəxəssisə bu sayda qələbə qazanmaq üçün 214 matç lazım olub. Bu, turnir tarixinin ən yaxşı göstəricidir. Ançelottinin Çempionlar Liqasında 47 heç-heçə və 44 məğlubiyyəti var.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis sözügedən turnirdə "Real"dan başqa, "Napoli", "Bavariya", PSJ, "Çelsi", "Milan", "Parma" və "Yuventus"la da qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest