"Görüşün vacibliyini bilirik. Heyətimizdə itkilər var. Bəzi futbolçuların durumu son gündə bilinəcək"

Sabah Azərbaycan Kubokunun finalında "Qəbələ" ilə üz-üzə gələcək "Sumqayıt" Naxçıvan Muxtar Respublika Stadionunda son məşqinə çıxıb. Matc.az xəbər verir ki, məşqdən sonra komandanın kapitanı Vurğun Hüseynov və baş məşqçisi Ayxan Abbasov fikirlərini Peşəkar Futbol Liqasının saytına bölüşüblər. Gənc çalışdırıcı bildirib ki, baş məşqçi kimi ilk dəfə belə matça çıxacaq: "Bacardığımız qədər komandanı soyuqqanlı oyuna hazırlaşmağa çalışmışıq. Görüşün vacibliyini bilirik. Heyətimizdə itkilər var. Bəzi futbolçuların durumu son gündə bilinəcək. Meydana daha hazır oyunçuları buraxacağıq. Məşqçi karyerasında gözlənilməz anlar olur. Mövsümün əvvəlində nələr olacağını düşünmürdüm. "Sumqayıt" üçün çalışırıq. Futbolçularla finala çıxmağı bacardıq. Matçın nəticəsindən asılı olmayaraq onlara təşəkkür edəcəyəm. Onlar bu il inanılmazı bacardılar. Əgər kuboku da qazansaq, onlar "Sumqayıt"ın tarixində qəhrəman kimi qalacaqlar".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest