UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində gerçəkləşib.
“Mançester Siti”ni mübarizədən kənarlaşdıran “Real” “Atletiko”ya rəqib olub.
Çempionlar Liqası
1/8 final
PSJ (Fransa) - “Liverpul” (İngiltərə)
“Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə)
“Real” (İspaniya) - “Atletiko” (İspaniya)
PSV (Niderland) - “Arsenal” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya)
“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
“Bavariya” (Almaniya) - “Bayer 04” (Almaniya)
“Feyenoord” (Niderland) - “İnter” (İtaliya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 4-5 mart, cavab matçları isə 11-12 mart tarixlərində baş tutacaq.