"Final bir matçdan ibarətdir. Maksimum gücümüzlə, tam konsentrasiya ilə mübarizə aparmaq və kuboku qazanmaq istəyirik"
"Bu oyun mən və komandamızda olan bəzi futbolçular üçün 4-cü final olacaq. Əvvəlki üç final matçında uğursuzluq yaşamışıq. Bunu dərk edirik". Matc.azxəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan kubokunun sabah keçiriləcək "Qəbələ" və "Sumqayıt" arasında final oyunu ərəfəsində "qırmızı-qaralar"ın çalışdırıcısı matç barədə fikirlərini açıqlayıb.
39 yaşlı mütəxəssis bildirib ki, kuboka yiyələnməkşansları var: "Mövsümü titulla başa vurub avrokuboklara yollanmaq şansımız var. Futbolçular bunu yaxşı dərk edirlər. Sabah ağır oyun olacaq. Final bir matçdan ibarətdir. Maksimum gücümüzlə, tam konsentrasiya ilə mübarizə aparmaq və kuboku qazanmaq istəyirik. ötənilki finalı yaxşı xatırlayırıq. Hansı çatışmazlıqların olduğunu analiz etmişik. Meydançada əlimizdən gələni edəcəyik".
Qurbanov klubunun saytına heyətdəki itkiləri hiss etdirməməyə çalışacaqlarını da qeyd edib: "Cəzalı futbolçular Sabien Lilay, Amin Seydiyev, həmçinin xəstə olduğu üçün oyuna gətirilməyən Ceyms Adeniyi finalda iştirak edə bilməyəcək. Bu, finaldır. Hər bir futbolçu maksimum dərəcədə istəklidir. İtkilərimiz də, onların yerini dolduran oyunçularımız da var. Futbolçularımızın gücünə inanırıq. Sabah bunları meydançada göstərmək üçün əlimizdən gələni edəcəyik. Oyun planında dəyişiklik yoxdur. İlboyu eyni sistemi tətbiq etmişik. Rəqibi analiz etmişik. Onların güclü və zəif cəhətlərini futbolçularımıza göstərmişik. Adeniyinin edə bildiklərini meydana çıxacaq futbolçumuza tapşırmışıq. çalışacağıq ki, oyun sistemini komanda şəklində reallaşdıraq. Bu stadionda oynamışıq. Yaxşı ab-hava var idi. Hava şəraiti də hər iki komanda üçün yaxşıdır, eynidir. Meydana çıxıb mübarizə aparmalıyıq".
Qeyd edək ki, Naxçıvanda keçiriləcək görüş saat 17:00-da başlayacaq.