İngiltərə çempionu "Mançester Siti"nin futbolçusu Vensan Kompani klubdan ayrılır. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

33 yaşlı müdafiəçi "Mançester Siti"nin Federasiya kubokunun (FA) finalında "Uotford"u 6:0 hesabıyla məğlub etdiyi matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

2008-ci ildən "Mançester Siti"də forma geyinən Kompaninin "şəhərlilər"lə müqaviləsi mövsümün sonuna qədər idi.

Futbolçu yetirməsi olduğu "Anderlext"ə qayıdacağını, sabiq klubunda oynayan məşqçi olacağını deyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest