“Real” Çempionlar Liqasının Liqa mərhələsində üç dəfə məğlub olub və pley-offda mübarizə aparıb. “Mançester Siti” ilə matçlarda isə öz işini uğurla yerinə yetirdi”

Əfsanəvi almaniyalı futbolçu Lotar Matteus Çempionlar Liqasında Madrid derbisi ilə bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, 1/8 finalda “Real”la “Atletiko”nun qarşılaşmasına toxunub.

Matteus eyni ölkə təmsilçilərinin üz-üzə gəlməsinin tərəfdarı olmadığını deyib: “Bu mərhələdə fərqli ölkələrin komandalarının qarşılaşmasını görmək istərdim. Bu iki nəhəng artıq iki dəfə finalda üz-üzə gəlib və hər iki halda möhtəşəm döyüş olub. 2014-cü ildə “Real” əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldi, 2016-cı ildə isə penaltilərlə. Maraqlıdı ki, 2014-cü ildə də komandaların başında indiki məşqçilər – Karlo Ançelotti və Dieqo Simeone dayanırdı. Onlar bir-birlərini hərtərəfli öyrəniblər. Bu mövsüm La Liqada artıq iki dəfə qarşılaşıblar və hər iki oyun heç-heçə ilə başa çatıb.

Mütəxəssis bu cütlükdə “Real”ı favorit hesab edir: “Real” Çempionlar Liqasının Liqa mərhələsində üç dəfə məğlub olub və pley-offda mübarizə aparıb. “Mançester Siti” ilə matçlarda isə öz işini uğurla yerinə yetirdi. Həmişə olduğu kimi, vacib anda lazım olanı etdilər. Buna görə də düşünürəm ki, “Real” 1/4 finala çıxacaq, lakin “Atletiko” yenə də buna mane olmaq üçün hər şeyi edəcək”.

Qeyd edək ki, “Real”la “Atletiko” arasında ilk oyun martın 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest