20 May 2019, 09:00
FUTBOL
Almaniya II Bundesliqasında 2018-2019 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, sonuncu - XXXIV turun oyunları keçirilib.
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" "Darmştadt"ın qonağı olub. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Start heyətində meydana daxil olan Nazarov 90 dəqiqəni əvəz edilmədən keçirib.
Qeyd edək ki, "Aue" mövsümü 40 xalla 14-cü pillədə başa vurub.