"Arsenal" Çempionlar Liqasında tarixi rekord müəllifi olub. Matc.az xəbər verir ki, “topçular” buna 1/8 finalın ilk oyununda səfərdə PSV-ni 7:1 hesablı məğlubiyyətə uğratmaqla nail olub.

London təmsilçisi ÇL tarixində pley-off oyununda səfərdə 7 qol vuran ilk komanda kimi tarixə düşüb.

Əslində, bunadək 2020-ci ildə "Barselona" - "Bavariya" oyununda almanlar 8:2 hesablı qələbə qazanmışdılar. Ancaq həmin qarşılaşma koronavirus pandemiyası səbəbindən neytral meydanda keçirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest