Fransa çempionatında mövsümün ən yaxşıları açıqlanıb. Matc.az saytı xəbər verir ki, Fransa Peşəkar Futbolçular Birliyi (UNFP) sona 1 tur qalmış ən yaxşıları müəyyənləşdirib.

Mövsümün futbolçusu PSJ-nin qol "silahı" Kilian Mbappe seçilib. 28 oyunda 32 qola imza atan 20 yaşlı forvard eyni zamanda ən yaxşı gənc oyunçu nominasiyasının da qalibi olub.

Digər mükafatçılar isə bunlardı:

Ən yaxşı baş məşqçi: Kristof Qaltye ("Lill")

Ən yaxşı qapıçı: Mayk Menyan ("Lill")

Ən yaxşı qolun müəllifi: Loik Remi ("Lill")

Simvolik komanda: Mayk Menyan ("Lill") - Kenni Lala ("Strasburq"), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Ferlan Mendi ("Lion") - Marko Verratti, Anxel Di Mariya (hər ikisi PSJ), Tanqi Ndombele ("Lion") - Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Nikolya Pepe ("Lill")

Ən yaxşı hakim: Kleman Turpin

Ən yaxşı legioner: Kərim Benzema ("Real")

Fəxri mükafat: Didye Droqba

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest