"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi komandasını Avropa Liqasının finalında yalnız buraxmayacaq. Ulduz futbolçu mayın 29-da "Çelsi" ilə final qarşılaşması üçün Bakıya gələcək.

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi komandasını Avropa Liqasının finalında yalnız buraxmayacaq. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu mayın 29-da "çelsi" ilə final qarşılaşması üçün Bakıya gələcək.

Zədəli olduğu üçün mövsümü başa vuran Remsi hazırda ailəsi ilə birlikdə Portuqaliyada dincəlir. Lakin o, sevimli komandası naminə istirahətini yarıda qoymaq qərarına gəlib. Futbolçu "Arsenal"ın oyunçusu kimi son vəzifəsini yerinə yetirəcəyini, komandanı Bakı Olimpiya Stadionunun tribunasından dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Aaron Remsi məhz Avropa Liqasının final görüşündən sonra "Arsenal"la yollarını ayırıb, "Yuventus"la 4 illik müqavilə imzalayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest