"Real"ın yarımmüdafiəçisi Toni Kroosun taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü karyerasını Madrid təmsilçisində davam etdirəcək.

PSJ və "Mançester Yunayted" kimi klubların maraq dairəsində olan 29 yaşlı orta sahə oyunçusu "Real"la müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. Bununla bağlı bu gün "Santyaqo Bernabeu" stadionunda mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən "Real"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest