"Barselona"nın futbolçusu Rafinya Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, o, buna "Benfika"ya qalib gəldikləri (3:1) matçda dubl etməklə nail olub.

Nəticədə Rafinya braziliyalı oyunçular arasında bir turnirdə vurulan qolların sayına görə rekord müəyyənləşdirib. “Sambaçı” cari mövsümdə ÇL-də 11 dəfə qol sevinci yaşayıb.

Bununla da Rafinya həmyerliləri Kaka, Rivaldo, Jardel, Firmino və Neymarın rekordunu yeniləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest