12 Mart 2025, 13:18
FUTBOL
"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin "Feyenoord"la cavab oyununda fərqlənməklə nail olub.
Hakan 51-ci dəqiqədə penaltidən qol vurub. Bunun sayəsində Çalhanoğlu ÇL-də 10-dan çox qol vuran və 10-dan assist müəllifi olan ilk türkiyəli futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, "İnter" ÇL-in 1/4 finalında "Bavariya" ilə üz-üzə gələcək.