"Bavariya"nın gənclər komandasının sabiq baş məşqçisi Tim Valter Bundesliqa klubu ilə anlaşıb. Matc.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "Ştutqart"ın "sükanı arxası"na keçir.

Bunu  klubun mətbuat xidməti açıqlamasında bildirib. Anlaşmaya əsasən, hazırda II Bundesliqa təmsilçisi "Holştayn Kil"i çalışdıran Valter növbəti mövsümdən "Ştutqart"a rəhbərlik edəcək. O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Ştutqart" Bundesliqada qalmaq üçün pley-off oyunları keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest