Azərbaycan kubokunun qalibi olan "Qəbələ" növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək. Matc.az saytının məlumatına görə, "qırmızı-qaralar" mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.

6.250 reytinq xalı olan bölgə təmsilçisi ilk püşkatma zamanı səpələnmişlərin - yəni güclülərin sırasında yer alacaq. "Qəbələ" ilə yanaşı, "Ayntraxt" (Almaniya), "Espanyol" (İspaniya), "Vulverhempton" (İngiltərə), "Strasburq" (Fransa), "Alkmaar" (Hollandiya), "Gimaraeş" (Portuqaliya), "Atromitos", "Aris" (hər ikisi Yunanıstan) və "Sparta"nın (çexiya) da səpələnmişlərdə olacağı dəqiqdi.

Təmsilçimizin hələlik cəmi 2 potensial rəqibi bilinir ki, bunlar Qdansk "Lexiya"sı (Polşa) və Plovdiv "Lokomotiv"idi (Bolqarıstan).

ümumiyyətlə, Avropa Liqasının II təsnifat mərhələsində 92 komanda iştirak edəcək. Onlardan 74-ü Liqa Yolu, 18-i çempionlar Yolundan mərhələ adlamağa çalışacaq.

Digər təmsilçilərimiz "Neftçi" və "Səbail" isə I mərhələdən yarışa qoşulacaq. Paytaxt klubları ilk rəqibi üstələməyi bacarsalar, II raundda səpələnməmişlərin sırasında yer alacaq və yuxarıda adları sadalanan komandalardan birinə rəqib ola bilər.

Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest