AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Xorvatiya yığmasının heyəti açıqlanıb. Matc.az saytı xəbər verir ki, baş məşqçi Zlatko Daliç 28 oyunçuya dəvət göndərib.

Onlardan 25-i əsas, 3-ü isə ehtiyat heyətə çağırılıb. İyunun 8-də Osiyekdə Uelsi qəbul edəcək dünya ikincisi ayın 11-də Tunislə yoldaşlıq görüşü keçirəcək. "Damalılar" bundan əvvəl - mayın 31-də "Omis" klubu ilə yoxlama oyununda üz-üzə gələcək.

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo"), Simon Sluqa ("Riyeka")

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Duje çaleta-çar ("Marsel", Fransa), Karlo Bartoleç ("Nordsyelland", Danimarka), Filip Benkoviç ("Seltik", Şotlandiya), Dario Melnyak ("çaykur Rizəspor", Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("çelsi", İngiltərə), Milan Badeli ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Sevilya", İspaniya), Mario Paşaliç ("Atalanta", İtaliya), Filip Bradariç ("Kalyari", İtaliya)

Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Nikola Vlaşiç (MOİK, Rusiya), Yosip Brekalo ("Volfsburq", Almniya), Bruno Petkoviç ("Dinamo")

Ehtiyat oyunçular: Mile Şkoriç ("Osiyek"), Miyo çaktaş ("Hayduk"), Yosip Posaveç ("Palermo", İtaliya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest