"Yuventus"un müdafiəçisi Joao Kanselo əməliyyat olunacaq. Matc.az xəbər verir ki, bunu "qoca sinyora" rəsmi saytı vasitəsilə bəyan edib.

Əməliyyatın sabah baş tutacağı bildirilib. Portuqaliya millisinin üzvü A seriyasının XXXVII turunda "Atalanta" ilə dünənki qarşılaşmada burnundan xəsarət alıb. Burnunda qırıq aşkarlanan oyunçu son turu buraxacaq.

Qeyd edək ki, "Yuventus" A seriyasında son matçını mayın 26-da "Sampdoriya"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest